...

Əfqanıstan Azərbaycanın təcrübəsində maraqlıdır – xarici işlər naziri

Siyasət Materials 16 Dekabr 2008 18:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 dekabr/ Trend , müxbir N.Abdullayeva/ Əfqanıstan, diplomatik, elm, təhsil və tibbi sahələrində Azərbaycanın təcrübəsində maraqlıdır, - Əfqanıstanın xarici işlər naziri Rəngin Dətfar Spanta çərşənbə axşamı Azərbaycan XİN-in rəhbəri Elmar Məmmədyarovla görüşdə bildirib.

Xarici işlər nazirləri iqtisadi sahədə əməkdaşlığı müzakirə edib və hüquq - müqavilə bazası əsasında müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın zəruriliyini vurğulayıblar.

Xarici işlər naziri Azərbaycanın sülhməramlı qüvvələrinin Əfqanıstanda sülh və sabitliyin bərpasında iştirakına görə minnətdarlıq ifadə edib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti