...

Azərbaycan prezidenti Qətərlə əməkdaşlığın inkişaf edəcəyinə əmindir

Siyasət Materials 17 Dekabr 2008 19:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 dekabr / Trend / Azərbaycan prezidenti İlham Əliyev bu gün Qətər dövlətinin Əmiri Əla Həzrət Şeyx Həməd Bin Xəlifə al Taniyə təbrik məktubu göndərib.

"Qətər Dövlətinin milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza ən səmimi təbriklərimi və xoş arzularımı yetirməkdən məmnunluq duyuram" məktubda qeyd olunub.

Məktubda daha sonra qeyd olunub ki, iki ölkə arasındakı münasibətlər yeni məzmunla zənginləşməkdədir.

"Əminəm ki, Azərbaycan - Qətər dostluğu və əməkdaşlığının daim inkişafı və genişlənməsi yolunda səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Qətər xalqına əmin-amanlıq və tərəqqi arzulayıram", - prezidentin təbrik məktubunda bildirilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti