...

Fələstinlilər İsrail ilə danışıqlarda Rusiyanın rolunu qiymətləndirirlər

Siyasət Materials 22 Dekabr 2008 17:13 (UTC +04:00)
Fələstinlilər İsrail ilə danışıqlarda Rusiyanın rolunu qiymətləndirirlər

Azərbaycan, Bakı, 22 dekabr / Trend / BMT Təhlükəsizlik Şurasının Fələstin - İsrail sülh prosesi üzrə qəbul etdiyi son Qətnamədə xidmətin böyük hissəsi Yaxın Şərq dördlüyünün sədrlərindən biri olan Rusiyaya məxsusdur.

"Nyu-Yorkda Yaxın Şərq dördlüyünün son iclasında qəbul olunan 1850 saylı Qətnamədə Rusiyanın xidməti böyükdür". Vesti telekanalının verdiyi xəbərə görə, bu barədə Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovla birgə keçirilən mətbuat konfransında Fələstin Muxtariyyətinin rəhbəri Mahmud Abbas bildirib.

1850 saylı Qətnamə dekabrın 16 - da Nyu-Yorkda, 14 lehinə və bir bitərəf səs ilə, qəbul olunub.

Sənəddə Təhlükəsizlik Şurasının Fələstin ilə İsrail arasında sülhün mövcudluğunu dəstəklədiyi bildirilir və onun ötən ilin noyabrında Amerikanın Annapolis şəhərində başlayan danışıqlar prosesinin davam etdrilməsinə tərəfdar olduğu qeyd olunur. Qətnamə hər iki tərəfi vədləri yerinə yetirməyə və danışıqlar prosesinin aparılmasına qarşı yönələn hərəkətlərdən yayınmağa çağırır. 

Fələstin Muxtariyyətinin rəhbəri fələstinlilərin Yaxın Şərq dördlüyünün 2009 - cu ildə Moskvada keçirilməli olan növbəti iclasına böyük ümidlər bəslədiyini bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti