...

Qahirə hərbi hücumların Misir ərazilərinə keçməsindən ehtiyat edir

Siyasət Materials 22 Dekabr 2008 18:39 (UTC +04:00)
Qahirə hərbi hücumların Misir ərazilərinə keçməsindən ehtiyat edir

İsrail, Qüds, 22 dekabr/ Trend , müxbir A.Qut/ Qahirə, Fələstinin HƏMAS hərəkatı və İsrail arasında 24 saatlıq barışığın bağlanılmasında bilavasitə iştirak edib. Rəsmi Qahirə Qəzzə Zolağı ətrafındakı vəziyyətdən narahatdır ; hərbi əməliyyatlar Misir ərazilərinə keçə bilər.

"Qahirə Qəzzə Zolağında zorakılığın kəskinləşməsini istəmir ; bu, Misirin öz ərazisinə keçəcək", - Misirin İsraildəki səfiri Yasir Rida - Trend -a bildirib.

İsrail HHQ HƏMAS-ın Qəzzə Zolağındakı bazalarına hücum etdikdən sonra, hərəkat və Təl-Əviv arasında 24 saatlıq barışıq  müqaviləsi bağlanılıb.

İsrail ordusu Qəzzə zolağında genişmiqyaslı əməliyyata başlamağa hazırdır, - İsrailin Müdafiə Nazirliyindəki mənbə Trend -a bildirib.

Mənbənin sözlərinə görə, HƏMAS İsrail ərazisinə raket zərbələrinin məsafəsini artırmağa çalışır.

"Biz anlayırıq ki, Qəzzədə hərbi əməliyyatımız İsrailə raket zərbələrini artıracaq. Lakin biz bu hücumlara necə cavab verməyi bilirik", - mənbə deyib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti