...

Aleksandr Lukaşenko Azərbaycan prezidentini doğum günü münasibətilə təbrik edib

Siyasət Materials 24 Dekabr 2008 19:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 dekabr/ Trend /Belarus Respublikasının prezidenti Aleksandr Lukaşenko çərşənbə günü Azərbaycan prezidenti İlham Əliyevi doğum günü münasibətilə təbrik edib, - AzərTAc Dövlət İnformasiya Agentliyi xəbər verib.

Dekabrın 24-də Azərbaycan prezidenti İlham Əliyevin 47 yaşı tamam olub.

"Azərbaycanın dinamik inkişafı, sosial-iqtisadi və siyasi xəttin həyata keçirilməsində görülən ardıcıl tədbirlər Azərbaycan Respublikasının beynəlxalq nüfuzunun yüksəlməsinə və regionda onun rolunun güclənməsinə kömək edir", - təbrik məktubunda deyilir.

Belarus həmişə Azərbaycanın etibarlı dostu olub və olaraq qalır, xalqlarımızın mənafeyi naminə qarşılıqlı surətdə faydalı əməkdaşlığı bundan sonra da genişləndirməyə hazırdır,- Belarus prezidentinin məktubunda vurğulanır.

Xəbər lenti

Xəbər lenti