...

İranın Köhkuliyyə və Buyerəhməd əyalətində əfqanların gediş - gəlişi və məskunlaşması qadağan olunub

Siyasət Materials 25 Dekabr 2008 15:18 (UTC +04:00)

İran, Tehran, 25 dekabr / Trend , müxbir A.Namdari/ İranın Köhkuliyyə və Buyerəhməd ostandarının siyasi və təhlükəsizlik məsələləri üzrə müavini Nadir Müntəzirian  bildirib ki, bu əyalətdə Əfqanıstan vətəndaşlarının gediş-gəlişi və məskunlaşması qadağandır. Əfqanlar əyalətdə qanunsuz məskunlaşıblar.

"Əyalətdə məskunlaşmış əfqanlara bir il möhlət verilir. Əfqanlar İran  - Əfqanıstan sərhədində, İsfahan və ya Şiraz şəhərlərindəki qaçqın düşərgələrinə köçürüləcəklər",-deyə o, cümə axşamı  keçirdiyi mətbuat konfransında bildirib.

Müntəzirian əlavə edib ki, Əfqanıstanda və İraqda müharibə zamanı İran bu ölkələrdən qaçqın düşmüş müsəlmanları qonaq kimi qəbul etmişdi.  Hazırda Əfqanıstanda vəziyyət yaxşılaşıb, bu baxımdan, əyalətdə məskunlaşmış əfqanlar öz ölkələrinə qayıtmalıdırlar.

O deyib ki, qanunsuz məskunlaşmış əfqanlar özlərini əyalətin rəsmi strukturlarına təqdim etməsələr, həbs olunub ölkədən çıxarılacaqlar. 

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan [email protected] 

Xəbər lenti

Xəbər lenti