...

Qəzzada dinc əhalinin qətlinə görə Israildən  qisas alınacaq – "İslami Cihad" lideri

Siyasət Materials 28 Dekabr 2008 16:14 (UTC +04:00)
Qəzzada dinc əhalinin qətlinə görə Israildən  qisas alınacaq – "İslami Cihad" lideri

Azərbaycan, Bakı, 28 dekabr / Trend , müxbir  R.Hafizoglu/ Fələstindəki  "İslami Cihad" təşkilatı İsrailin Qəzzada keçirdiyi hərbi əməliyyatlar zamanı dinc əhalinin qətlinə görə Israildən qisas alacaq. 

"Qəzzada dinc əhalinin qətlinə görə Israildən qisas alınacaq", - deyə, Fələstindəki İslami Cihad təşkilatınının liderlərindən biri olan Xalıd Batş bazar günü Qəzzadan telefonla Trend -a bildirib.

Batşın fikrincə, İsrail müqavimət  təşkilatalarına qarşı mübarizə apara bilmədiyi üçün, dinc əhaliyə qarşı  hərbi  əməliyyatlara başlayıb.

Batşın sözlərinə görə, İsrail dinc əhalini qətlə yetirməklə fələstinlilərin müqavimət əzmini qırmaq istəyir.

"İsrail Həmas və "Islami Cihad" bazalarını deyil, Qəzza ərazisindəki inzibati binaları atəşə tutub", - deyə, Batş əlavə edib. Onun fikrincə, Qəzzada baş verənlərə görə İsrail məsuliyyət daşıyır.

"İslami Cihad" İsrailin Qəzzada törətdiyi soyqırıma görə qisas alacaq", - deyə, o əlavə edib.

Dünən  günorta saatlarından  İsrailin  hərbi  hava  qüvvələri  Qəzza zolağını  raket atəşinə tututblar. 19 dekarbrda  Həmas təşkilatı və Israil arasında  müvəqqəti  atəşkəsin başa  çatmasından  sonra  Həmas  4 fələstinlililin qətlinə cavab olaraq Israilin  Sederot va Aşkelon yaşayış məntəqələrini  raket atəşinə tutub.

Israilin dekabrın 27-də  keçirdiyi  hərbi  əmaliyyatlar zamanı 271 nəfər həlak olub, 700  nəfər  isə yaralanıb.

Həmas təşkilatının Qəzzadakı  mətbuat  xidmətindən Trend -a verilən məlumata  görə, ölən və  yaralananların əksəriyyəti qadın və uşaqlardır.

Xəbər lenti

Xəbər lenti