...

Qəzzədə humanutar faciə olmayacağı ilə bağlı Ankaraya verdiyimiz sözə əməl edəcəyik – İsrailin Türkiyədəki səfiri

Siyasət Materials 29 Dekabr 2008 13:44 (UTC +04:00)
Qəzzədə humanutar faciə olmayacağı ilə bağlı Ankaraya verdiyimiz sözə əməl edəcəyik – İsrailin Türkiyədəki səfiri

İsrail, bu ölkənin Baş naziri Ehud Olmertin keçən həftə Ankaraya səfərində Türkiyə prezidenti Abdullah Gülə və Baş nazir Rəcəb Tayyib Ərdoğana Qəzzədə humanutar faciə olmayacağı ilə bağlı verdiyi sözə əməl edəcək. Bu sözləri İsrailin Türkiyə səfiri Qabi Levi (Gabby Levy), Türkiyənin  "Axşam" qəzetinə verdiyi açıqlamada bildirib. Səfir verdikləri sözə əməl etmək üçün Qəzzəni bombaladıqdan sonra bura humanitar yardımın gəlməsinə icazə verdiklərini bildirib. Qəzzəni bombalayarkən əsas hədəflərinin Həmas olduğunu bildirən səfir dinc əhalinin  həlak olmasından təəssüfləndiklərini deyib. Levi, heç bir müharibə cinayəti törətmədiklərini və Ehud Olmertin Türkiyəyə verdiyi sözə əməl edəcəklərini bildirib. Ərdoğanın İsrail rəsmiləri ilə telefon danışıqlarını rədd etməsinə də toxunan Levi Türkiyənin İsraili başa düşəcəyinə və qısa müddətdə iki ölkə rəsmiləri arasında telefon danışıqlarının bərpa olunacağına ümid etdiyini bildirib.

Dekabrın 27-də  günorta satlarından başlayaraq, İsrailin Hərbi Hava Qüvvələri Qəzzə zolağını raket atəşinə tutub. Dekarbın 19 - da  Həmas təşkilatı və Israil arasında  müvəqqəti  atəşkəsin başa  çatdiqdan  sonra,  Həmas dörd fələstinlililin qətlinə cavab olaraq, Israilin  Sederot va Aşkelon yaşayış məntəqələrini  raket atəşinə tutub.

Israilin dekabrın27 - də  keçirdiyi  hərbi  əmaliyyatlarda 310 nəfər həlak olub, 700  nəfər  yaralanıb.

Həmas təşkilatının Qəzzədəki  matbuat xidmətindən Trend -a verilən məlumata  görə, ölən və  yaralananların əksəriyyəti qadın və uşaqlardır. Həmas və Islami Cihad  ldierləri  İsrail rəsmilərindən  Qəzzədə  törədilən cinayətlərə  görə  qisas alacaqlarını  bildirblər.

Həmas, İsrailin Qəzzə zolağını  bombalamasına cavab olaraq, Sederot və Aşkelon yəhudi məntəqələrinə  60 - a yaxın raket zərnbəsi  endirib.  İsrail  hökuməti  Aşkelon və Sederotda fövqəladə vəziyyət elan edib.

Xəbər lenti

Xəbər lenti