...

Məni HƏMAS- la müharibə aparmağa ərəb ölkələrinin liderləri təşviq edib - İsrailin Baş  naziri

Siyasət Materials 3 Yanvar 2009 14:38 (UTC +04:00)
Məni HƏMAS- la müharibə aparmağa ərəb ölkələrinin liderləri təşviq edib - İsrailin Baş  naziri

İsrailin Baş naziri Ehud Olmert hökumətinin Qəzzədə "HƏMAS" - a qarşı  keçirdiyi hərbi əməliyyatların ərəb ölkələrinin liderlərinin təşviqi ilə edildiyini bildirib.

Bu  haqda  İsrailin Haaretz qəzeti  məlumat verib.

""Mən İsrail hökumətinin üzvləri ilə iclas keçirdiyim zaman bir çox ərəb ölkəsinin liderləri mənimlə telefonda əlaqə saxlayaraq, hərbi əməliyyatlara davam edərək, HƏMAS - a zərbələr endirməyə təşviq etdilər",- deyə Olmert bildirib.

Baş  nazir onu da qeyd  edib ki , Israilin Qəzzədə keçirilən hərbi əməliyyatlara son qoyulması üçün tələbləri  var, bu  tələblər yerinə yetirilməlidir.

"Qəzzə ərazisindən İsrailə hücumlara son qoyulmalı, bütün terror fəaliyyəti dayandırılmalı, Qəzzənin Misirlə sərhədi minalanmalı, silah qaçaqmalçılığının qarşısı alınmalı və HƏMAS - ın hərəkətlərinə nəzarət edəcək bir Komitə yaradılmalıdır", - deyə Olmert bildirib.

Dekabrın 27 - də günorta saatlarından başlayaraq, İsrailin Hərbi Hava Qüvvələri Qəzzə Zolağını raket atəşinə tutublar. Dekarbın 19 - da Həmas təşkilatı və Israil arasında müvəqqəti atəşkəsin başa çatmasından sonra, Həmas dörd fələstinlinin qətlinə cavab olaraq, Israilin Sderot va Aşkelon yaşayış məntəqələrini raket atəşinə tutub.

Israilin keçirdiyi hərbi əməliyyatlarda  420 nəfər həlak olub, 2000 nəfər yaralanıb.

HƏMAS təşkilatının Qəzzədəki matbuat xidmətindən Trend - a verilən məlumata görə, ölən və yaralananların əksəriyyəti qadın və uşaqlardır. Həmas və Islami Cihad ldierləri İsrail rəsmilərindən Qəzzədə törədilən cinayətlərə görə qisas alacaqlarını bildirblər.

Həmas İsrailin Qəzzə Zolağını bombalamasına cavab olaraq, Sderot və Aşkelon yəhudi məntəqələrinə 60 - a yaxın raket zərbəsi endirib. İsrail hökuməti Aşkelon və Sderotda fövqəladə vəziyyət elan edib.

Məqalə müəllifi ilə əlaqə : [email protected]

Xəbər lenti

Xəbər lenti