...

ABŞ-la strateji əməkdaşlıq haqqında razılaşma Gürcüstan üçün təhlükəsizliyə təminatdır - parlament komitəsinin sədri

Siyasət Materials 5 Yanvar 2009 15:14 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 05 yanvar / Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstan parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Akakiy Minaşvili jurnalistlərlə söhbətdə bildirib ki, strateji əməkdaşlıq haqqında razılaşma onlar üçün təhlükəsizliyə təminatdır.

Onun sözlərinə görə, yanvarın 9-da Tbilisi və Vaşinqton arasında bağlanmalı olan təhlükəsizlik haqqında razılaşma "Gürcüstanın təhlükəsizliyini təmin edəcək".

"Fövqəldövlətlə strateji əməkdaşlıq təhlükəsizlik üçün təminat verir, xüsusi ilə də bizim şimal qonşumuzun açıq hərbi aqresiyadan cəkinmədiyi və hər zaman regiondakı vəziyəti partlatmaq istədiyi bir vəziyətdə", - deyərək deputat qeyd edib.

Minaşvilinin sözlərinə görə, bu əməkdaşlıq ilk növbədə Gürcüstan üçün həyatı əhəmiyyət kəsb edən müdafiə və təhlükəsizlik sistemlərinin və ölkənin institusional güclənməsinin reformasiyası deməkdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti