...

Azərbaycan paytaxtında baş vermiş partlayış zamanı beş nəfər xəsarət alıb

Siyasət Materials 8 Yanvar 2009 12:13 (UTC +04:00)
Azərbaycan paytaxtında baş vermiş partlayış zamanı beş nəfər xəsarət alıb

Azərbaycan, Bakı, 08 yanvar / Trend , müxbir K. Zərbalıyeva/Bu gün səhər saatlarında Bakının Binəqədi rayonunda baş vermiş partlayış zamanı beş nəfər xəsarət alıb.

Bakının Binəqədi rayon prokurorluğunun müstəntiqi Nizami Qurbanov cümə axşamı Trend -a bildirib ki, Biləcəri qəsəbəsi, Mədən 1, Korpus 10, ev 16 ünvanında Mikayıl Hüseynova məxsus evdə qaz sızmasından baş vermiş partlayış nəticəsində  ev sahibi, onun həyat yoldaşı Zərifə Hüseynova, qızı Elnarə Hüseynova, kürəkəni Ziya Həsənzadə və bir yaşlı nəvəsi Ləman Həsənzadə xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.

Ziya Həsənzadə ağır, digərləri isə yüngül xəsarət alıb.

Müstəntiq bildirib ki, partlayış zamanı ev tamamilə dağılıb, qonşu evlərə də az ziyan dəyib.

Hadisə ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Trend -un arayışı: Baş Prokurorluq son vaxtlar respublikada qaz partlayışı ilə əlaqədar hadisələrin qarşısının alınması üçün tədbirlər görülməsi məqsədilə "Azəriqaz" Qapalı Səhmdar Cəmiyyətinə təqdimat verib.

Son zamanlar, xüsusilə qış mövsümündə havaların soyuq və şaxtalı keçməsi ilə əlaqədar istiliyə olan tələbatın ödənilməsi üçün bəzi vətəndaşlar tərəfindən mənzillərdə kustar üsulla hazırlanmış texniki normalara uyğun olmayan qızdırıcı qaz sobalarından istifadə edilməsi geniş yayılıb.

Bu isə insanların ölümü və sağlamlıqlarına zərər vurulması ilə nəticələnən dəm qazından zəhərlənmə, qaz sızması ilə bağlı yaşayış binalarında partlayışların artması ilə müşayiət olunur.

Bakıda ötən ilin dekabrın 13-də qaz sızmasından baş verən partlayış zamanı 4 nəfər ölüb, 5 nəfər isə yaralanıb.

Həmçinin qış mövsümü zamanı dəm qazından zəhərlənmə halları artıb. Qeyri-rəsmi məlumatlara görə, builki qış mövsümündə dəm qazından ölənlərin sayı 20-ni ötüb.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti