...

Azərbaycanda qadınları insan alveri məqsədilə İrana aparan dəstə üzvləri tutulub

Siyasət Materials 9 Yanvar 2009 13:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 yanvar / Trend , müxbir S. Kazımlı / Azərbaycanda qadınlardan ibarət insan alveri ilə məşğul olmaqda təqsirləndirilən dəstə üzvləri tutulub. Onların gəlir əldə etmək məqsədilə qadınları İrana aparıb, cinsi istismara məruz qoymaları müəyyənləşib, cümə günü Trend -a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazirliyin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi (İAQMİ) əməkdaşlarının keçirdkləri əməliyyat tədbirləri nətcəsində Dəvəçi rayon sakini Zərnişan Muradova, Bərdə rayon sakini Qənirə Əlyeva və Bakı şəhər sakini Raziyyə Hacıyeva bir qrup şəxslə cinayət əlaqəsinə girərək gəlir əldə etmək məqsədilə qadınları İran İslam Respublikasına aparıb cinsi istismara məruz qoymaq faktı ilə əlaqədar cümə axşamı tutulublar.

Faktla bağlı araşdırma aparılır.

2008-ci ilin altı ayı ərzində İAQMİ-nin əməliyyat-axtarış fəaliyyəti nəticəsində 229 cinayət faktı qeydə alınıb, bu cinayətləri törətdiklərinə görə 223 şəxs məsuliyyətə cəlb edilib, habelə insan alverinin qurbanı olan 46 nəfər müəyyən olunub.

İnsan alveri qurbanlarının cinsi istismar məqsədilə xarici ölkələrə, o cümlədən Türkiyə Respublikasına (26), Birləşmiş Ərəb Əmirliklərinə (6), Pakistan İslam Respublikasına (2) və Rusiya Federasiyasına (1) aparılması ilə bağlı AR CM-nin 144-1-ci (insan alveri) maddəsi ilə 35 cinayət işi başlanılıb, 46 insan alverçisi tutularaq məsuliyyətə cəlb edilib. İnsan alveri cinayətlərini törətmiş təqsirləndirilən şəxslər tərəfindən Türkiyəyə 31, BƏƏ-yə 7, Pakistan və Rusiyaya isə müvafiq olaraq 3 insan alverinin qurbanı aparılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]



Xəbər lenti

Xəbər lenti