...

Avropada münaqişələrin qarşısının alınmasına dair Alt Komitə təkliflərini Büroya təqdim edəcək

Siyasət Materials 9 Yanvar 2009 16:07 (UTC +04:00)

Fransa, Strasburq, 09 yanvar/ Trend , müxbir A.Məhərrəmli/ Avropa Şurası ölkələri ərazisində münaqişələrin qarşısının alınmasına dair Alt Komitə təkliflərini AŞPA-nın qış sessiyasında Büroya təqdim edəcək. Bu barədə Trend - a cümə günü AŞPA-nın Siyasi Məsələlər Komitəsinin katibi Anyeska Naçilo (Agnieszka Nachilo) məlumat verib.

"AŞPA-nın Avropada münaqişələrin qarşısının alınmasına dair Alt Komitəsi qurumun Siyasi məsələlər Komitəsinin  2008-ci il noyabrın 17 - də Parisdə  keçirilmiş iclasında yaradılıb. Komitə Avropada münaqişələrin alovlanmasının qarşısının almaq üçün AŞPA Bürosuna qabaqlayıcı tədbirlər görülməsi ilə bağlı vəziyyəti təhlil etmək və bu istiqamətdə konkret təkliflər vermək məqsədilə yaradılıb"-deyə o, əlavə edib.

Naçilo habelə qeyd edib ki, Alt Komitənin yaranması zərurəti Rusiya - Gürcüstan müharibəsindən sonra ortaya çıxıb. Ilk iclası 2008- ci dekabrın 15- də Parisdə keçirilmiş Komitəyə İngiltərəli deputat, Avropa Demokratlar Qrupunun sədr müavini  David Wilshire sədrlik edir.

Alt Komitənin növbəti iclası AŞPA-nın qış sessiyası çərçivəsində keçiriləcək və o, Büroya öz təkliflərini təqdim edəcək.

Xanım Naçilo qeyd edib ki, Komitə tərəfindən  cari ilin oktyabr ayında beynəlxalq təşkilatların təmsilçilərinin iştirakı ilə "Avropada  münaqişələrin qarşısının alınmasına dair" konfransin keçirilməsi nəzərdə tutulur. Konfransın gündəliyi Alt Komitənin Büroya təqdim edəcəyi təkliflərdən asılı olacaq. 

Xəbər lenti

Xəbər lenti