...

HƏMAS və İsrail arasında gərginliyin artması Aİ - dən fəal yanaşma tələb edir – Çexiyanın Baş naziri

Siyasət Materials 14 Yanvar 2009 16:19 (UTC +04:00)
HƏMAS və İsrail arasında gərginliyin artması Aİ - dən fəal yanaşma tələb edir – Çexiyanın Baş naziri

Fransa, Strasburq, 14 yanvar/ Trend , müxbir A.Məhərrəmov/ İsrail  - HƏMAS münasibətlərində gərginliyin artması yalnız Aİ tərəfindən fəal yanaşma deyil, eləcə də mühüm qlobal və regional oyunçuların səylərinin uzlaşdırılmasını tələb edir, - Çexiyanın Baş naziri Mirek Topolanek çərşənbə günü Strasburqda, Avropa Parlamentinin iclasında bildirib.

"Növbəti dəfə təsdiq olunub ki, Fələstin öz ərazisində hüquqi nizamı və qonşularının təhlüəsizliyini təmin etmək iqtidarında olan tamhüquqlu dövlət kimi fəaliyyət göstərməyə başlamayanadək, sülhün əldə edilməsi mümkün deyil", - Topolanek deyib.

Dekabrın 27 - dən İsrail Qəzzə Zolağında HƏMAS üzvlərinə qarşı "Ərinmiş qurğuşun" hərbi əməliyyatını aparır. 975 - dən çox fələstinli münaqişənin qurbanı olub, təxminən 4300 nəfər yaralanıb, Qəzzədə vəziyyət humanitar fəlakət astanasındadır.

BMT TŞ - nin bir sıra təcili iclaslarına və atəşkəs haqqında qətnamələrin qəbul edilməsi Qəzzədə qan tökülməsini dayandırmayıb. Misir vasitəçilik təşəbbüsü irəli sürüb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan:  [email protected]

Xəbər lenti

Xəbər lenti