...

Azərbaycanda on altı yaşına çatmayanla ailə quran şəxs tutulub

Siyasət Materials 21 Yanvar 2009 12:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 yanvar / Trend , müxbir S. Kazımlı / Azərbaycanda on altı yaşına çatmayan şəxslə ailə quran və onunla cinsi əlaqədə olan 23 yaşlı oğlan tutulub. Buna səbəb onun tərəfindən döyülən həyat yoldaşının polisə müraciət etməsi olub, çərşənbə günü Trend -a İmişli rayon Polis Şöbəsindən (RPŞ) məlumat verilib.

RPŞ-dən bildiriblər ki, bir neçə gün öncə polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Cinayət Məcəlləsinin döymə (132-ci) və on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə (152-ci) maddələri ilə barəsində axtarış elan olunan İmişli rayon sakini Sənan Ələsgərov Bakı şəhərində tutulub.

RPŞ-dən bildiriblər ki, 2008-ci ildə qeyd olunan maddələrlə İmişlı rayon Məhkəməsi tərəfindən Ələsgərovun barəsində həbsli axtarış elan olunub. Buna səbəb isə Ələsgərovun nigahdankənar ailə qurduğu həyat yoldaşının polisə şikayət etməsi olub. RPŞ-dən əlavə ediblər ki, ötən il Ələsgərovun həyat yoldaşı əri tərəfindən döyülməsi haqda polisə müraciət edib. Araşdırma zamanı Ələsgərovun yetkinlik yaşına çatmayan şəxslə qanunsuz ailə qurması və cinsi əlaqədə olması müəyyənləşib. Toplanmış istintaq materialları araşdırılması üçün rayon məhkəməsinə göndərilib. Əsgərov isə qaçıb gizləndiyi üçün onun barəsində axtarış verilib.

Azərbaycan Cinayət Məcəlləsinə görə, qeyd olunan maddələrlə təqsirləndirilən şəxsin və ya şəxslərin təqsiri istintaqda və məhkəmədə sübuta yetirilərsə həmin şəxs şərti maliyyə vahidi məbləğinin iki yüz mislinədək miqdarda cərimə və ya iki yüz qırx saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə (132) və üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə (152) cəzalandırılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti