...

AŞPA RF - nin Rusiya - Gürcüstan münaqişəsinin nəticələri üzrə dialoqa hazırlığını alqışlayır

Siyasət Materials 21 Yanvar 2009 19:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 yanvar/ Trend , müxbir Y.Ostapenko/ Avropa Şurasının Parlament Assambleyası (AŞPA) Rusiya hakimiyyətinin RF - Gürcüstan münaqişəsi ilə bağlı məsələlərin həlli üçün Assambleya və öz gürcü tərəfdaşları ilə açıq dialoq aparmaq səylərini alqışlayır, - AŞPA - nın prezidenti Luis Mariya de Puiq bildirib.

"Mən Rusiya hakimiyyəti ilə səmimi söhbətləri və onların Assambleya ilə konstruktiv və açıq dialoqa girmək istəyini alqışlayıram", - de Puiq AŞPA İcraiyyə Komitəsinin 2009 - cu il yanvarın 18 -19 - da Moskvaya səfərindən sonra deyib.

Lakin Assambleya Rusiya tərəfinin irəli sürdüyü mülahizələr nəticəsində, AŞPA - nın 1633 saylı Qətnaməsinin (2008) tələblərinin  az hissəsinin yerinə yetirilməsindən təəssüflənir, - AŞPA - nın press-relizində bildirilir.

"Gürcüstan və Rusiya arasında münaqişənin nəticələri" mövzusunda 1633 saylı Qətnamə AŞPA- nın oktyabrın 2 - də keçirilmiş plenar iclasında qəbul edilib. Qətnamədə deyilir ki, "Cənubi Osetiyada müharibənin başlaması gözlənilməz xarakter daşıya bilərdi. Lakin müharibə təxribatlar və təhlükəsizlik sahəsində vəziyyətin pisləşməsi ilə müşayiət olunan gərginliyin ciddi şəkildə yüksəlməsinin nəticəsi oldu". AŞPA hesab edib ki, "Rusiyanın faktiki nəzarəti altında olan rayonlarda insan hüquqlarının, humanitar hüququn pozulmasına görə tam məsuliyyət RF - nin üzərinə düşür".

İcraiyyə Komitəsi Qətnamənin icrasını Rusiya ali hakimiyyətinin nümayəndələri, o cümlədən Dövlət Dumasının və Federasiya Şurasının spikerləri və xarici işlər naziri ilə müzakirə etmək üçün Moskvaya səfər edib.

Tanınmamış Cənubi Osetiya respublikasında hərbi əməliyyatlar avqustun 8 - nə keçən gecə başlayıb. Gürcü qoşunları Tsxinvaliyə daxil oldular. Sonradan Rusiya qoşunları şəhəri tutub və gürcü hərbçilərini Gürcüstan ərazisində sıxışdırdılar. Rusiya avqustun 26 -da Abxaziya və Cənubi Osetiyanı müstəqil dövlətlər kimi tanıdı, sentyabrın 9-da isə onlarla diplomatik münasibətlər quruldu.

Rusiya hakimiyyəti AŞPA - nın Qətnaməsinə dair mülahizələrini bildirib. Onun rəyinə görə, AŞPA Rusiyaya qarşı obyektiv deyil.
 "Təəssüf ki, belə mövqeyə görə AŞPA - nın çox az tələbləri yerinə yetirilib", - Puiq deyib və vurğulayıb ki, Qətnamə yalnız maraqlı tərəflər deyil, Assambleya üçün də müharibənin nəticələrinin müəyyən edilməsində aydın, qərəssiz və konkret üsul təqdim edib. 

AŞPA - nın prezidenti Rusiya tərəfinin dialoqa hazırlığını "şübhəsiz ki, AŞPA - nın Strasburqda qarşıdakı sessiyasında müzakirə ediləcək müsbət elementlər" kimi qiymətləndirib.

Gürcüstan və Abxaziya ilə Cənubi Osetiya arasında inzibati sərhədlər boyu mövcud gərginlik AŞPA - nın beynəlxalq müşahidəçilərin keçmiş münaqişə zonasının bütün rayonlarına tam və məhdudiyyətsiz çıxışla burada iştirakının zəruri olması, eləcə də beynəlxalq sülhməramlı qüvvələrin yeni formatının yaradılması barədə mövqeyini təsdiqləyir.

1633 saylı (2008) Qətnamənin Gürcüstan və Rusiya tərəfindən həyata keçirilməsinin monitorinqi üzrə Komitənin, eləcə də Qaçqınların İşləri və Əhali Miqrasiyası üzrə Komitənin Gürcüstan və Rusiya arasında müharibənin humanitar nəticələri haqqında məruzəsi Parlament Assambleyasının 2009 - cu il yanvarın 28 - də keçiriləcək iclasında müzakirə olunacaq.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti