...

Azərbaycan Qafqazda Sabitlik və Əməkdaşlıq Platforması üzrə öz  ətraflı mövqeyini bəyan edəcək

Siyasət Materials 23 Yanvar 2009 13:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 yanvar/ Trend , müxbir E.Rüstəmov/ Azərbaycan İstanbulda keçiriləcək qarşıdakı iclasda Qafqazda Sabitlik və Əməkdaşlıq Platforması üzrə öz  ətraflı mövqeyini bəyan edəcək.

Yanvarın 26-da keçiriləcək iclasda Azərbaycanı xarici işlər nazirinin müavini Araz Əzimov təmsil edəcək, - XİN-dən Trend -a bildiriblər.

İclasda Ermənistan, Gürcüstan, Rusiya və Türkiyə xarici işlər nazirliklərinin yüksək vəzifəli nümayəndələri iştirak edəcəklər. Türkiyə ölkənin Xarici İşlər Nazirliyinin Qafqaz regionu üzrə məsul müşavirin müavini Ünal Çeviközlə təmsil olunacaq. İclasda Platformanın realizəsi məsələləri müzakirə ediləcək.

Qafqazda Sabitlik və Əməkdaşlıq Platformasının yaradılmsı təşəbbüsü 2008-ci ilin avqustunda Rusiya-Gürcüstan münaqişəsindən sonra Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan tərəfindən təklif edilib və regionda sülh və əməkdaşlığı təmin etmək məqsədini daşıyır.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti