...

Saakaşvilinin birbaşa efiri müxalifətin aksiyasının fonunda keçir

Siyasət Materials 23 Yanvar 2009 17:11 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 23 yanvar/ Trend , müxbir N.Kirtsxaliya/ Tbilisidə "Gürcüstan prezidenti İctimai televiziyanın birbaşa efirində" layihəsi başlayıb. Mixail Saakaşvili online rejimdə vətəndaşların suallarını cavablandırır.

Efir müxalifər partiyalarının - Respublika və Yeni Sağlar partiyalarının aksiyası fonunda keçir. Partiyalar İctimai televiziyanın qarşısında dövlət başçısı ilə birbaşa debatların keçirilməsini tələb edirlər. Prezident özü vurğulayıb ki, yeni format onun xoşuna gəlir və öz ölkəsinin vətəndaşları ilə birbaşa ünsiyyətə hazırdır.

"Bunsuz da xalqla ünsiyyət saxlayıram. Lakin bu format ünsiyyəti müxtəlif edir", - Saakaşvili əlavə edib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti