...

Aİ-nin Gürcüstandakı müşahidəçi missiyasının rəhbəri Rusiya tərəfini Aİ missiyası ilə memorandumu rəsmiləşdirməyə çağırır

Siyasət Materials 29 Yanvar 2009 11:11 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 29 yanvar/ Trend , müxbir N.Kirtsxaliya/ Avropa İttifaqının Gürcüstandakı müşahidəçi missiyasının rəhbəri Hans-Yorq Xaber Rusiya tərəfini, missiyanın Gürcüstan Müdafiə Nazirliyi ilə rəsmiləşdirdiyi kimi, memorandum rəsmiləşdirilməyə çağırır. Onun sözlərinə görə, bu memorandumun əsas bəndi inzibati sərhədlərdə silahın bütün perimetrlərdə istifadə olunmamasından ibarətdir.

Xaber qeyd edib ki, Gürcüstan Müdafiə Nazirliyi ilə imzalanan memorandum Aİ-nin müşahidəçi missiyasına bu memorandumun öhdəliklərinə əsasən münaqişə zonasında vəziyyətin Gürcüstan tərəfindən gərginləşdirilməyəcəyini bəyan etməyə imkan verir.

Xəbər lenti

Xəbər lenti