...

Azərbaycanın hakim partiyası ilə ABŞ-ın Milli Demokratiya İnstitutu arasında əməkdaşlıq daha da gücləndiriləcək

Siyasət Materials 29 Yanvar 2009 18:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 yanvar / Trend , müxbir A.Hüseynbala/ Hakim Yeni Azərbaycan Partiyası (YAP) ilə  ABŞ-ın Milli Demokratiya İnstitutu arasında əməkdaşlıq daha da gücləndiriləcək, cümə axşamı bu məsələ cümə axşamı YAP-ın sədrinin müavini, icra katibi Əli Əhmədov ABŞ-ın beynəlxalq əlaqələr üzrə Milli Demokratiya İnstitutunun ölkə üzrə direktoru Ariyen de Volff ilə partiyanın mənzil qərargahında görüşündə müzakirə edilib.


Görüşdə Milli Demokratiya İnstitutu ilə YAP arasında əlaqələrin daha da dərinləşdirilməsi və həyata keçirilən layihələrin əhatə dairəsinin genişləndirilməsinin vacibliyi vurğulanıb, birgə treninqlərin davam etdirilməsi qərara alınıb.


Azərbaycan Respublikasının demokratik dünya birliyinə tam inteqrasiyası üçün göstərdiyi ciddi səylərin çox yüksək dəyərləndirildiyini qeyd edən Ariyen de Volff bu istiqamətdə YAP-ın böyük və şərəfli missiya daşıdığını nəzərə çatdırıb.


Əhmədov ABŞ-ın Milli Demokratiya İnstitutu ilə əməkdaşlığın partiya üçün böyük səmərə verdiyini vurğulayaraq, əlaqələrin gələcəkdə daha şaxəli və hərtərəfli olacağına əminliyini ifadə edib.

Trend -un arayışı: YAP 1992-ci ildə o vaxt Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyev tət-rəfindən yaradılıb. Azərbaycanda 16 ildir hakim partiya olan YAP-ın indiki sədri prezident İlham Əliyevdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti