...

Gürcüstan Patriarxı Moskvaya getməyəcək

Siyasət Materials 30 Yanvar 2009 03:31 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 29 yanvar / Trend müxbir N.Kirtsxaliya/ Bütün Gürcüstanın Katolikos-Patriarxı II İlya Moskvaya Rusiya Patriarxının intronizasiya mərasiminə getməyəcək. Bu barədə o, bu gün onun palatasına buraxılan jurnalistlərə bildirib.

Patriarx Kirillin intronizasiya mərasimində iştirak etməyi çox istəsə də sağlamlığının bunu etməyə imkan vermədini dilə gətirən din xadimi, bundan çox təəssüfləndiyini qeyd edib. Moskvaya isə Gürcüstan pravoslav kilsəsinin nümayəndə heyəti yollanacaq. O, həmçinin bu günlər ərzində onun sağlamlığı üçün dua edənlərə də təşəkkür edib. Patriarx artıq özünü yaxşı hiss edir, ancaq hələ bir neçə gün klinikada həkimlərin nəzarəti altında qalacaq.

Kliniki təbabət elmi-tədqiqat institutunun rəhbəri Fridon Toduanın bu gün səhər jurnalistlərə verdiyi məlumata görə, Patriarxın səhhəti kafidir. Son analizlərin nəticələrinə görə, bütün parametrlər, eləcə də qan analizi - leykositlər, eritrositlər və başqaları normaya yaxınlaşıb.

"Virus infeksiyası zarafat deyil. O elə də təhlükəli olmasa da, burada söhbət Patriarxın sağlamlığından gedir. Onun yaşını nəzərə alaraq hesab etdik ki, zati-müqəddəslərinin daha bir gecə stasionarda qalması vacibdir", - Todua bildirib.

Onun sözlərinə görə, həkimlər II İlyaya Moskva səfərindən imtina etməyi tövsiyə edib. "Patriarxa Moskva ilə Tbilisi arasındakı temperatur fərqinə dözmək çətin olacaqdı", - Todua əlavə edib. Bundan başqa, onun sözlərinə görə, "Patriarxı Moskvaya gedəcəyi halda çox sıx qrafik gözləyir ki, bu da onun sağlamlığına ziyandır".

Bu gün Patriarxa Gürcüstan prezidenti Mixail Saakaşvili də baş çəkəcək. Bu müddət ərzində ölkə başçısı telefonla daima II İlyanın sağlamlığı ilə maraqlanıb.

Məqalənin müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti