...

Gürcüstanın Baş naziri istefaya gedib

Siyasət Materials 30 Yanvar 2009 18:29 (UTC +04:00)
Gürcüstanın Baş naziri istefaya gedib

Gürcüstan, Tbilisi, 30 yanvar/ Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstanın Baş naziri Qriqol Mqaloblişvili istefaya getdiyini bəyan edib. O cümə günü axşam, xüsusi brifinqdə bu barədə bəyanat verib.

"Mən çox təəssüf edirəm ki, istefaya getməli oluram; sağlamlığım mənə bu vəzifədə bundan sonra da işləməyə imkan vermir", - o deyib.Mqaloblişvili bildirib ki, artıq Gürcüstan prezidentini məlumatlandırıb və ondan Baş nazir vəzifəsinə yeni namizəd tapmağı xahiş edib." Bir aydır ki, müalicə olunuram və həkimlərin sözlərinə görə, mənə daha iki ay mülaicə olunmaq lazımdır. Bu şəraitdə, xüsusilədə dünya iqtisadi böhranı şəraitində, bizim öz səlahiyyətlərini tam icra edə bilməyən Baş nazirə malik olmaq imkanımız yoxdur", - Mqalobilşvili bildirib.

Mqaloblişvili əməkdaşlığa görə hamıya minnətdarlıq edib. "Mən həmişə prezident, hökumətlə birlikdə planlaşdırdığımız işləri yerinə yetirməyə hazır olacağam", - o qeyd edib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti