...

Qazaxıstanın dövlət katibi ABŞ-a səfər edib

Siyasət Materials 2 Fevral 2009 15:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 fevral / Trend , müxbir K.Konırova/ Qazaxıstanın dövlət katibi Kanat Saudabayev işgüzar səfərlə ABŞ-a yola düşüb, - Qazaxıstan Prezidenti Administrasiyasının mətbuat xidməti xəbər verir.

Saudabayev, səfər çərçivəsində fevralın 2-6-da Administrasiya və Konqresin yüksək vəzifəli üzvləri, siyasi və işgüzar isteblişmentin nümayəndələri, Qazaxıstan və Mərkəzi Asiya üzrə aparıcı elmi ekspertlərlə görüşlər keçirəcək.

"QR-in dövlət katibi Amerika tərəfinin dəvəti ilə milli səhər yeməyində iştirak edəcək. Hər il Vaşinqtonda prezident və vitse-prezident, ABŞ Administrasiyası və Konqres üzvləri, dəvət edilmiş xarici qonaqların iştirakı ilə belə tədbir keçirilir. Tədbirin məqsədi bütün millət və dinlər üçün ümumi olan dəyərlərin təsdiq edilməsi vasitəsilə dünya siyasətçiləri arasında qarşılıqlı anlaşma və etibarın möhkəmləndirilməsidir", - Prezident Administrasiyasının press-relizində deyilir.

Səfər zamanı Saudabayevin "Nüvə təhdidinin azaldılması təşəbbüsü" Fondunun Direktorlar Şurasının görüşündə çıxışı, Monterey Beynəlxalq Araşdırmalar İnstitutunun Yayılmama Problemlərinin Araşdırılması Mərkəzinin adından nahar yeməyində fəxri qonaq qismində iştirakı və ABŞ-ın aparıcı elmi-tədqiqat mərkəzlərindən biri - Karneqi Fondunda Amerika siyasətçiləri, ekspertləri və işgüzar dairələrinin nümayəndələri ilə "dəyirmi masa"da iştirakı planlaşdırılıb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti