...

Qazaxıstan vətəndaşını öldürməkdə şübhəli bilinən üç moskvalı saxlanılıb

Siyasət Materials 9 Fevral 2009 16:28 (UTC +04:00)

Qazaxıstan, Astana, 09 fevral / Trend müxbir K.Konırova/ "Qazaxıstan vətəndaşı Moskva neft və qaz institutunun tələbəsi Yerlan Aytımovun öldürülməsində şübhəli bilinən üç nəfər Moskva sakini saxlanılıb",  - bazar ertəsi Astanada Qazaxıstan XİN rəsmi nümayəndəsi Yerjan Aşikbayev məlumat verib.

"Həyata keçirilən operativ-axtarış tədbirləri və bu cinayətin törədilməsində şübhəli bilinərək saxlanılanların özlərinin verdiyi ifadələr onların bu hadisəyə aidiyyatı olduğunu sübut edir",  - XİN-in həftəlik mətbuat konfransında Aşikbayev bildirib.

Onun sözlərinə görə, cinayət işi RF-nin Cinayət Məcəlləsinin "adam öldürmə" maddəsi üzrə qaldırılıb. Cinayətin törədilmə səbəbləri araşdırılır.

Qubkin adına Moskva neft və qaz İnstitunun birinci kurs tələbəsi Yerlan Aytımovun qarın nahiyəsindən bıçaq yarası almış cəsədi Moskvanın cənub-qərbində 2008-ci il dekabrın 14-də tapılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti