...

Gürcüstan BMT müşahidəçilər missiyasını ölkədə saxlamalıdır – XİN

Siyasət Materials 10 Fevral 2009 18:43 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 10 fevral / Trend , müxbir N.Kirtsxaliya/ "Bu gün üçün əsas vəzifəmiz BMT-nin müşahidəçi missiyasının Gürcüstanda saxlanılmasıdır", - Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze belə hesab edir. Bu haqda o, çərşənbə axşamı, BMT Təhlükəsizlik Şurasında bu təşkilatın gürcü-abxaz münaqişəsi zonasındakı missiyasının mandatının uzadılması haqda qətnamə layihəsinə baxılması barədə sualı şərh edərkən deyib.

"Bizim məqsədimiz Rusiyanın missiyanın iki ayrı dövlətdə fəaliyyət göstərdiyi görüntüsünü yaratmaq məqsədilə Gürcüstandakı BMT missiyasını iki yerə bölmək səylərinin qarşısını almaqdır", - nazir qeyd edib.

Vaşadzenin sözlərinə görə, Tbilisinin ikinci məqsədi, BMT müşahidəçilər missiyasını Rusiya qoşunları və abxaz qeyri-qanuni silahlı birləşmələrinin Gürcüstanın administrativ əraziləri yaxınlığındakı hərəkətinə nəzarət edə biləcək formatda saxlamaqdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti