...

Azərbaycan HHQ-nin rəhbəri Rail Rzayev qətlə yetirilib (Tərcümeyi-hal əlavə olunub)

Siyasət Materials 11 Fevral 2009 11:40 (UTC +04:00)
Azərbaycan HHQ-nin rəhbəri Rail Rzayev qətlə yetirilib (Tərcümeyi-hal əlavə olunub)

Azərbaycan, Bakı, 11 fevral / Trend , müxbir K.Zərbəliyeva/  Çərşənbə günü səhər Azərbaycan Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafi Qoşunlarının rəhbəri, general-leytenant Rail Rzayev İsmayıl Qutqaşınlı küçəsi, 125 ünvanında, yaşadığı evin qarşısında odlu silahla qətlə yetirilib. Bu barədə Trend -a Yasamal Rayon Prokurorluğundan məlumat verilib.

Rzayev 1945-ci il martın 10-da Azərbaycan Respublikasının Bakı şəhərində anadan olub. 1978-ci ildə Marşal Jukov adına Hava Hucumundan Müdafə Hərbi Akademiyasını bitirib.

1966-cı ildən Hava Hucumundan Müdafiə Qoşunlarının Bakı Hərbi Dairəsində, 1969-cu ildən N saylı hərbi hissələrdə müxtəlif vəzifələrdə çalışıb. 1978-ci ildən N saylı hərbi hissədə diviziya komandiri, 1980-cı ildən hərbi hissə komandirinin müavini, 1982-ci ildən hərbi hissə komandiri vəzifələrində işləyib. 1993-cu ilin iyun ayından Azərbaycan Respublikası müdafiə nazirinin müavini - HHQ və HHM Qoşunları komandanı olub.

Üç övladı var.

Ağır vəziyyətdə xəstəxanaya çatdırılan generalın həyatını xilas etmək mümkün olmayıb.

Hazırda Respublika Hərbi Prokurorluğunun əməkdaşları hadisə yerində araşdırma aparırlar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti