...

Aİ başcısı enerji layihələrini müzakirə etmək üçün Azərbaycana gəlir

Siyasət Materials 11 Fevral 2009 21:03 (UTC +04:00)

Belçika, Brüssel, 11 fevral / Trend , A.İsmayılova/ Bu gün Çexiyanın Baş Naziri və Avropa İttifaqı sədri Mirek Topolenokun Azərbaycana, Qazaxıstana və Türkmənistana rəsmi səfəri başlayır. Səfər zamanı enerji layihələri çərçivəsində ikitərəfli əməkdaşlıq müzakirə olunacaq. Fevralın 12-də Topolanek Astanaya gələcək, burada öz həmkarı Karim Massim və Prezident Nursultan Nazarbayev ilə görüşəcək.

Cümə günü Topolenok Turkmənistana səfər edəcək. Burada o, prezident Qurbanqulu Berdımuhəmmədov, energetika və xarici işlər nazirləri ilə görüşəcək. Həmin gün Çexiyadan olan deleqasiya Bakıya səfər edəcək və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, baş nazir Artur Rəsizadə və XİN rəhbəri Elmar Məmmədyarov ilə görüşlər keçiriləcək.

Məqalənin müəllifi ilə əlaqə saxlamaq üçün ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti