...

Gürcü iş adamları imkan daxilində Monarxiya Fonduna kömək etməyə hazırdırlar

Siyasət Materials 13 Fevral 2009 13:28 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 13 fevral / Trend , müxbir N.Kirtsxaliya/ Tanınmış gürcü iş adamları Gürcüstanın Katolikos-Patriarxının xeyir-duası ilə yaradılmış Monarxiya Fonduna vəsait köçürmək niyyətlərini bildiriblər.

Gürcüstan KİV-nin məlumatına görə, onların içərisində "Sentr Poynt" şirkətinin təsisçisi Mayya Rçeulişvili də var. Rçeulişvilinin sözlərinə görə, onun ailəsi mütləq kömək edəcək.

"Kazbeqi" şirkətinin prezidenti Qoqi Topadze də kömək etməkdən imtina etmir.

Gürcüstan Patriarxatından verilən xəbərə görə, Katolikos-Patriarx Monarxiya Fondunun yaradılması barədə qərarı Almaniya səfərindən sonra qəbul edib.

"Əsrin toyu" adını almış, David Baqrationi Muxranski ilə Anna Baqrationi-Qruzinskayanın fevralın 8-də Müqəddəs Troitsanın Patriarx kilsəsində baş tutmuş nigah mərasimində xeyli sayda insan, o cümlədən 120 xarici qonaq iştirak edib.

Müqəddəs Troitsa kilsəsinin baş keşişi İlya atanın sözlərinə görə, cəmiyyətdə monarxiyanın bərpa olunması ilə bağlı yanlış məlumat yayılır. "Hazırda monarxiyanın yaradılması məsələsi gündəmdə deyil. Patriarxın xeyir-duası ilə Monarxiya Fondu yaradılıb ki, buraya da insanlar könüllü olaraq pul köçürəcək. Nəticədə dövlət bu məqsədlərə öz vəsaitlərini ayırmaq məcburiyyətində qalmayacaq", - İlya ata bildirib.

Müxtəlif sorğulara əsasən, Gürcüstanda monarxiyanın bərpası fikrini respondentlərin təxminən yarısı dəstəkləyir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti