...

Hakimiyyət müxalifətlə danışıqlarda təşəbbüs göstərməlidir - Qırğızıstanın sabiq ədliyyə naziri

Siyasət Materials 14 Fevral 2009 12:06 (UTC +04:00)

Qırğızıstan, Bişkek, 14 fevral / Trend , müxbir A.Tanayev / Danışıqlarda təşəbbüskarlıq hakimiyyət tərəfindən olmalıdır. Qırğızıstanın sabiq ədliyyə naziri Marat Kayıpov belə hesab edir.

"Hakimiyyət-müxalifət" konstuksiyasında xeyirli iradə təşəbbüsü hakimiyyət tərəfindən ifadə olunmalıdır. Bu barədə "Janı Qırğızıstan"("Yeni Qırğızıstan") partiyasının baş katibinin müavini Kayıpov Trend -un müxbirinə müsahibəsində bildirib.

Yaxınlarda keçirtdiyi mətbuat konfransında Qırğızıstan Respublikasının prezidenti Kurmanbek Bakiyev hətta radikal müxalifətlə də danışıqlar aparmasına razı olduğunu bildirib. Kayıpov prezidentin bu cür razılığını pozitiv qəbul edir və hesab edir ki, hakimiyyət heç vaxt müxalifəti nə ozündən uzaqlaşdırmalı nə də ki, onu izləməlidir. "Əks halda onu zirzəmiyə atıb radikal işlərə əl atmağa məcbur etmək olar", - Kayıpov deyib.

Qırğızıstanda siyasi vəziyyət stabil deyil. Keçən ay Qırğızıstanın birləşmiş müxalifət qüvvələri prezidentə öz xoşları ilə hakimiyyəti tərk etmək barəsində açıq məktub göndərib. Bunu prezidentin konstitusiyaya sadiq qalmaması, vətəndaşların hüquq və azadlığını təmin edə bilməməsi və məhz prezidentin idarəçiliyindəki nöqsanlar ucbatından ölkənin bu cür çətin iqtisadi vəziyyətdə olması ilə əsaslandırıblar.

Kayıpov hesab edir ki, hakimiyyət opponentləri də özlərini qanun çərçıvəsində aparmalıdır. Ən yaxşı üslubu isə Kayıpov danışıqlar və diskussiyaların aparılmasında görür.

Bu demokratik üslub çox vacibdir, ona görə ki, Qırğızıstanda hələ siyasət mədəniyyəti formalaşmayıb.

"Əsas odur ki, bu danışıqlar siyasi alverə çevrilməsin, çünki çoxları elə fikirləşir ki, siyasət öz iyrənc maraqlarını həyata keçirtmək üçün biznesin bir növüdür", - prezident qeyd edib.

Kayıpov hesab edir ki, danışıqların faydası üçün tərəflər bir fikrə gəlməlidirlər. Bu yolla dövlətin bütövlüyünü, güclü iqtisadiyata malik olmasını, demokratik cəmiyyəti, mədəniyyəti və dövlət dilini qoruyub saxlamaq olar.

Müəlliflə əlaqə saxlamaq üçün əlaqə ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti