Azərbaycan, Bakı, 14 fevral / Trend , müxbir A.Hüseynbala/ Azərbaycan prezidenti İlham Əliyev şənbə günü xalq şairi, ictimai xadim Bəxtiyar Vahabzadənin vida mərasimində iştirak edib.
Bəxtiyar Vahabzadə fevralin 13-də uzun sürən xəstəlikdən sonra 84 yaşında vəfat edib. Xalq şairi ilə vida mərasimi 40 il müəllimi olduğu Bakı Dövlət Universitetində keçirilib. Vahabzadə Fəxri Xiyabanda dəfn olunacaq.
"Mən dövrümüzün böyük ustadı, xalq şairi, ictimai xadimin poeziyasını "əzabkeş düşüncəsinin poeziyası, dünya, insan poeziyası, eləcə də sevgi və azadlıq poeziyası" kimi, sevgi lirikasını isə "zaman və məkana sığmayan ürək yanğısı" kimi dəyərləndirirəm", - öncə Trend -a AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat Institutunun direktoru, akademik Bəkir Nəbiyev söyləyib.
Xalq şairi Bəxtiyar Vahabzadə 1925-ci ilin avqustun 16-da Şəki şəhərində anadan olub. Onun əsərləri bir çox dünya dillərinə tərcümə olunub. Şairin yaradıcılıq yolu İkinci Dünya Müharibəsi dövründən başlayıb. 1945-ci ildə o, Azərbaycan Yazıçılar İttifaqının üzvü olub və eyni zamanda 40 il BDU-da dərs deyib. 1980-ci ildə Vahabzadə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü olub. Yalnız Bəxtiyar Vahabzadə dissident əsərini yarada bilib. "Gülüstan" adlandırılan poemada Rusiya ilə İran arasında bölünmüş Şimali və Cənubi Azərbaycan haqqında bəhs olunurdu. Bu əsərə görə Vahabzadə SSRİ hökuməti tərəfindən təqiblərə məruz qalıb.
Bəxtiyar Vahabzadə beş dəfə respublikanın xalq deputatları Ali Sovetinə deputat seçilib.
Filologiya elmlər doktoru, professor, AMEA-nın həqiqi üzvü, SSRİ Dövlət mükafatının laureatıdır. "İstiqlal" ordeni ilə təltif olunub.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]