Gürcüstan, Tbilisi, 16 fevral / Trend , müxbir N.Kirtsxaliya/ Bu gün səhər Gürcüstan nümayəndə heyəti Cenevrə formatında keçirilən növbəti raundda iştirak etmək üçün İsveçrəyə yollanıb. Parlamentin xarici əlaqələr üzrə rəhbəri Akakiy Minaşvilinin verdiyi məlumata görə, danışıqlar zamanı zəbt olunmuş ərazilər müzakirə olunacaq.
"Biz zəbt olunmuş torpaqlarda Gürcüstan xalqının qorunmayan hüquqlarını, hər zaman separatçılar və işğalçıların təzyiq altında olduqlarını müzakirə edərək konkret həllini tapmağa ümüd edirik", - o deyib.
Danışıqlar masasında Abxaziyadan və Cənubi Osetiyadan olan nümayəndə heyəti, bundan əlavə ATƏT, Aİ, və BMT nümayəndələri də iştirak etməlidir. Gürcüstandan olan nümayəndə heyətinə XİN rəhbərinin muavini Qiqa Bokeriya rəhbərlik edir. Nümayəndə heyətinə Hüquqi Cəmiyyətin rəhbəri Dmitriy Sanakoyev, Abxaziya Muxtar Respublikasının sədri Malxaz Akişbaya, Gürcüstan DİN-in təhlil etmə departamentinin rəisi Şota Utiaşvili, Lorik Marşaniya, Levan Qeradze daxildir.
Növbəti Cenevrə danışıqlarının üçüncü raundu fevralın 17-18-də baş tutacaq .
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan :[email protected]