...

Brestdə partlayıcı qurğunun hazırlanması faktı üzrə Azərbaycan və Belarus vətəndaşları məhkəməyə cəlb ediliblər

Siyasət Materials 17 Fevral 2009 13:38 (UTC +04:00)

Brestin Lelin Rayon Məhkəməsi əldəqayırma partlayıcı qurğunun hazırlanması və satışına görə 25 yaşlı Azərbaycan vətəndaşını əmlakın müsadirə edilməsi ilə ciddi rejimdə islahedici koloniyada iki illik azadlıqdan məhrum etmə cəzasına məhkum edib. Bu barədə BELTA-nın müxbirinə Brest vilayətinin DTK İdarəsinin mətbuat qrupundan məlumat verilib.

Məhkəmə bu partlayıcı qurğunun satışında vasitəçi qismində çıxış etdiyinə görə Brest sakinini dörd il müddətinə şərti azadlıqdan məhrum etmə cəzasına məhkum edib.

Göstərilən vətəndaşlara qarşı cinayət işi  2008-ci il iyulun 11-də Brest Vilayəti İcra Komitəsinin İlkin Araşdırmalar İdarəsi tərəfindən DTK-nın Brest vilayəti üzrə İdarəsi və DİN-in mütəşəkkil cinayətkarlıqla mübarizə üzrə Baş İdarəsinin Brest vilayəti üzrə İdarəsinin materilalarına əsasən qaldırılıb.

İstintaq nəticəsində məlum olub ki, heç bir yerdə işləməyən Azərbaycan vətəndaşı müstəqil şəkildə partlayıcı qurğu hazırlayıb (20 sm hündürlükdə silindr, kapron məftil ilə 6 sm diametrində). Aparılan ekspertiza nəticəsində müəyyən olunub ki, partlayıcı qurğu iyulun 3-4-də Minskdə Belarusun Müstəqillik Günü münasibəti ilə keçirilən bayram konsertində istifadə olunmuş partlayıcı qurğunun eynisidir. Azərbaycan vətəndaşı və belarusun həmin faktla bağlılığı isə müəyyən olunmayıb.

Xəbər lenti

Xəbər lenti