...

İlham Əliyevin Yunanıstan Respublikasına dövlət səfəri başa çatdı

Siyasət Materials 18 Fevral 2009 00:27 (UTC +04:00)

Fevralın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Yunanıstan Respublikasına dövlət səfəri başa çatmışdır.

Azərbaycanın və Yunanıstanın dövlət bayraqları ilə bəzədilmiş Afina beynəlxalq hava limanında İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Yunanıstanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri yola saldılar.

Prezident həmin gün axşam Bakıya qayıtdı.

Azərbaycan Prezidentini Heydər Əliyev adına beynəlxalq hava limanında Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşıladılar, məlumatı AzərTAc dövlət informasiya agentliyi yayıb.

Xəbər lenti

Xəbər lenti