Gürcüstan, Tbilisi, 19 fevral / Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstan Xarici İşlər Nazirliyi regionda təhlükəsizliyin təmin olunması mexaniziminin təminatı haqda Cenevrə məsləhətləşmələrində əldə olunmuş razılaşmanı alqışlayır.
"İnsidentlərdən qaçma mexanizmi irəliyə doğru vacib addımdır və onun məqsədi - işğal olunmuş ərazilərdə nəzarətin böyük şəffaflığından ibarətdir", - Gürcüstan XİN-nin bəyanatında qeyd olunur.
"Biz ümid edirik ki, yaxın gələcəkdə ATƏT və Aİ müşahidəçiləri bizi işğal olunmuş ərazilərə buraxacaqlar", - sənəddə deyilir.
XİN-in rəsmi bəyanatında həmçinin "məcburi köçkünlərin qayıtmasının vacibliyi" haqda da danışılıb.
"Beynəlxalq təşkilatlar bu problemə yenidən xüsusi diqqət ayırır və bəyan edirlər ki, bu planda fəal iş davam etdirilir. Bu, bu porblemin vaxt ötdükcə həll olunacağına müəyyən ümidlər verir", - XİN-in bəyanatında vurğulanıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]