...

Norveç Cənubi Qafqazdakı təhlükəsizlik durumu ilə tanış olacaq

Siyasət Materials 20 Fevral 2009 15:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 fevral / Trend , müxbir N.Аbdullayeva/ Norveç və Azərbaycan Cənubi Qafqazdakı durumu müzakirə edəcək.

"Norveç hökümətinin təhlükəsizlik siyasəti üzrə komissiyası, başda komissiyanın sədri Setil Skuqrand olmaqla martın 8-11-də Azərbaycana səfər edəcək", - cümə günü Norveçin Azərbaycandakı səfirliyinin birinci katibi Riçard Skarboro məlumat verib.

"Bu səfər tanışlıq xarakteri daşıyacaq. Onun gedişində nümayəndə heyəti Gürcüstana da səfər edəcək", - Skarboro bildirib.

17 nəfərdən ibarət nümayəndə heyəti Azərbaycan hökuməti, beynəlxalq təşkilatlar və QHT nümayəndələri ilə görüşlər keçirməyi planlaşdırır.

Qafqaz ərazisində bir neçə həll olunmamış münaqişə qalmaqdadır - Abxaziya və Cənubi Osetiyanın Gürcüstana müstəqillik əldə etmək üçün iddiaları ilə ortaya çıxan gürcü-abxaz və gürcü-osetin, həmçinin Ermənistanın Azərbaycanın ərazilərinə iddiası ilə ortaya çıxmış Dağlıq Qarabağ münaqişəsi.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Еrmənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-1993-cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994-cü ilin mayında tərəflər atəşkəs rеjiminə dair razılaşma əldə еdiblər вə о вaхtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya,  Fransa вə ABŞ - ın həmsədrliyi ilə, hələ ki nəticəsiz, sülh danışıqları aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti