...

Azərbaycanda NATO üzrə əlaqələndirici Türkiyədən Rumıniyaya keçib

Siyasət Materials 20 Fevral 2009 20:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 fevral / Trend , müxbir E.Rüstəmov/ Azərbaycanda NATO üzrə əlaqələndirici Türkiyədən Rumıniyanın Bakıdakı səfirliyinə keçib və səfirlik iki il müddətində bu funksiyanı həyata keçirəcək.

1992-ci ildən NATO-nu Azərbaycanda Türkiyə səfirliyi təmsil edib.

Cümə günü Bakıda NATO-nu Azərbaycanda təmsil etmək səlahiyyətinin Rumıniyanın ölkəmizdəki səfirliyinə keçməsi münasibətilə tədbir keçirilib. Tədbirdə NATO-nun Cənubi Qafqaz üzrə əlaqələndirici zabiti Zbiqnev Rıbatski iştirak edib.
Mərasimdə Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç bildirib ki, Azərbaycan Silahlı Qüvvələrinin NATO standartlarına inteqrasiyası uğurla həyata keçirilir, bu proses bundan sonra da davam edəcək.

Kılıç bundan sonra da Türkiyənin Azərbaycan ordusunun NATO standartlarına uyğunlaşdırılmasına köməklik göstərəcəyini deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti