...

Fevralın 25-də Qırğızıstan-Türkiyə Manas Universitetində Xocalı soyqırımı faciəsi qurbanlarını anım mərasimi keçiriləcək

Siyasət Materials 23 Fevral 2009 14:19 (UTC +04:00)

Qırğızıstan, Bişkek, 23 fevral / Trend , müxbir R.Мəşədihəsənli/ Fevralın 25-də Qırğızıstan-Türkiyə Manas Universitetində Xocalı soyqırımı faciəsi qurbanlarının anım mərasimi keçiriləcək. Bu barədə Trend müxbirinə bazar ertəsi təşkilat komitəsinin sədri və universitetin tələbəsi Rasim Şirinov məlumat verib.

Onun sözlərinə görə, keçən il olduğu kimi, bu il də Azərbaycanın Qırğız Respublikasındakı səfirliyinin və universitet rəhbərliyinin dəstəyilə xalqımızın başına gətirilən faciə barədə dünyanın 10-dan çox ölkəsindən gələrək Bişkekdə təhsil alan əcnəbi tələbələrə məlumat veriləcək. "Proqram "Xocalı şəhidlərini yad edirik" adlanır və mərasim iştirakçılarına Çingiz Mustafayevin 1992-ci ildə Xocalıdakı faciə haqqında çəkdiyi sənədli ekran əsərindən nümunələr, azərbaycanlı tələbələrin təşəbbüsilə hazırlanan foto-slayd, sinevizion və foto sərgi təqdim olunacaq. Anım mərasimi zamanı müğənni Günelin ifa etdiyi "Uşaqların günahı nə idi?" adlı mahnı da səsləndiriləcək." - deyə Şirinov bildirib.

Bundan başqa, universitetin tarixçi mütəxəssisləri Azərbaycan tarixi barədə məlumat verəcək, vətənpərvərlik və Xocalı faciəsinin 17-ci ildönümünü anımla bağlı şerlər səslənəcək.

Xəbər lenti

Xəbər lenti