...

Qırğızıstanın həbsxana işçiləri beynəlxalq standartlarla tanış olublar

Siyasət Materials 27 Fevral 2009 15:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 fevral / Trend , müxbir Y.Ostapenko / ATƏT-in press-relizində deyilir ki, Qırğızıstanın cəzaçəkmə mühəssisələrinin işçiləri üç gün sürən ATƏT-in təşkil etdiyi kurs nəticəsində beynəlxalq həbsxana standartları və insan haqları ilə tanış olublar.
Yenicə həbsaxanaya işə götürülmüş tədbirin 18 iştirakçısına cəzaçəkmə məntəqələrində zorakılığın qarşısının alınması və dustaqlarla insani rəftar barədə BMT ilə Aİ-nin standartları barədə danışılıb.
Bişkekdəki ATƏT mərkəzinin islahatlar və penitensiar sistem üzrə məsləhətçisi Miroslav Novakın dediyinə əsasən, bu tip tədris kursları Qırğızıstan həbsxanalarında təhlükəsizliyin və insan haqlarının təmin olunmasında böyük rol oynayır.
"Biz beynəlxalq standartlara uyğun olaraq təhlükəsizliyi təmin etməkdən və insan ləyaqətinin qayğısına qalmaqdan ötrü birgə işləyirik", - Novak deyib.
Tədris boyu Ədliyyə Nazirliyinin, qeyri-hökumət təşkilatlarının nümayəndələri və müxtəlif universitetlərin professorları çıxış ediblər.
Tədbir həbsaxana sisteminin islahatı istiqamətində ATƏT proqramının tərkib hissəsidir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti