...

Gürcüstan höküməti Azərbaycandakı diasporun durumu ilə tanış olacaq

Siyasət Materials 2 Mart 2009 16:41 (UTC +04:00)
Gürcüstan höküməti Azərbaycandakı diasporun durumu ilə tanış olacaq

Azərbaycan, Bakı, 02 mart / Trend , müxbir N.Abdullayeva / "Gürcüstanın diasporlarla iş üzrə dövlət naziri Yulon Qaqoşidze martın 4-7-də Azərbaycana səfəri çərçivəsində buradakı gürcü diasporunun durumunu öyrənəcək", - Trend -a Gürcüstanın Bakıdakı səfirliyindən məlumat verilib.

Gürcüstanın dövlət nazirinin səfəri Azərbaycanın diaspora ilə iş üzrə dövlət komitəsinin başçısı Nazim İbrahimovun dəvəti ilə baş tutacaq. Səfərin gedişində gürcü nazir ölkənin mədəniyyət və turizm, təhsil naziri, gürcü diasporunun nümayəndələri ilə görüşəcək.

Qaqoşidze Azərbaycanın mesxeti türklərinin kompakt yaşadığı Saatlı rayonuna, eləcə də gürcülərin kompakt yaşadığı Qax, Balakən, Zaqatala rayonlarına səfər edəcək.

Xəbər lenti

Xəbər lenti