...

Gürcüstan XİN rəhbəri ilkin şərtlər yerinə yetirilmədən Rusiya ilə dialoqu mümkünsüz sayır

Siyasət Materials 4 Mart 2009 16:44 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 04 mart / Trend , müxbir N.Kirtsxaliya / Gürcüstan xarici siyasət idarəsinin rəhbəri Rusiya tərəfindən ilkin şərtlər yerinə yetirilmədən Moskva ilə dialoqu mümkünsüz sayır.

"Biz dəfələrlə Gürcüstanın Rusiya ilə üç prinsip əsasında danışığa hazır olduğunu qeyd etmişik - ərazi bütövlüyü, Gürcüstanın suverenliyinin və müstəqilliyinin tanınması", - Bu gün baş tutan brifinqdə Qriqol Vaşadze deyib.

Nazir, Gürcüstanın Moskvaya diplomatik əlaqələri bərpa etmək təklifi barədə yayılan xəbərləri də şaiyə adlandırıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti