...

2010-cu ildə Türkiyədə su böhranı yaşana bilər – prezident

Siyasət Materials 16 Mart 2009 15:51 (UTC +04:00)
2010-cu ildə Türkiyədə su böhranı yaşana bilər – prezident

Türkiyə Prezidenti Abdulla Gül bazar ertəsi V Ümumdünya Su Forumunda çıxışı zamanı bildirib ki, su resursları rasional istifadə olunmazsa 2010-cu ildə Türkiyə su qıtlığı ilə üzləşə bilər. Məlumatı Türkiyənin TRT-2 telekanalı yayımlayıb.  

Gülün sözəlinə görə, bəzi ölkələr su resurslarından rasional istifadə etməlidir ki, digərləri su qıtlığı ilə üzləşməsin.

"Su ilə bağlı qlobal problem bütün ölkələrin iştirakı ilə həll olunmalıdır", - Abdulla Gül deyib.

İstanbulda keçirilən forumda 182 ölkədən 27 min nümayəndə iştirak edir.

Gülün fikrincə, bu forum müxtəlif siyasi baxışları bir araya gətirir.

"Dünya maliyyə böhranı və təbii fəlakətlər sərhəd tanımadığı kimi insansevərlik də hüdudsuz olmalıdır", - Gül qeyd edib.

Ümumdünya Su Şurasının təşkil etdiyi və hər üç ildə bir dəfə keçirilən su resursları ilə bağlı iri miqyaslı tədbir martın 22-nə dək davam edəcək. Tədbir iştirakçıları içərisində bir sıra dövlət və hökumət başçıları, parlament deputatları, yerli icra hakimiyyəti nümayəndələri və 3 mindən artıq ictimai təşkilat iştirak edirlər.

Tədbirin əsas şüarı "Su naminə birlik" adlanır, - RİA Novosti xəbər verir.  

Ümumdünya su forumları 1996-cı ildən etibarən keçirilir. Bundan öncə forum Mərakeşdə, Hollandiyada, Yaponiyada və Meksikada keçirilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti