...

Əfqanıstanda təhsilə çıxış daha rahat olub - təhsil naziri

Siyasət Materials 16 Mart 2009 17:15 (UTC +04:00)
Əfqanıstanda təhsilə çıxış daha rahat olub - təhsil naziri

Azərbaycan, Bakı, 16 mart / Trend , müxbir D.İbrahimova /

"Son yeddi il ərzində təhsilə çıxış xeyli artıb, tələbələrin sayı əvvəlkindən 700 faiz çox olub", - Əfqanıstan təhsil naziri bildirib.

"Hazırda məktəblərdə 6 milyon 200 min nəfər oxuyur. Ölkədə 11000 məktəb fəaliyyət göstərir ki, onlardan 7600-ü 2002-ci ildə açılıb", - Trend -a eksklüziv müsahibəsində Əfqanıstanın təhsil naziri Faruk Vardak deyib.

Əfqanıstanın təhsil sahəsindəki durum ölkədəki təhlükəsizliyin olmaması ilə ağırlaşır. "Taliban" radikal islam hərəkatı mütəmadi terror aktları həyata keçirir ki, bu zaman da dinc əhali arasında itkilər qeydə alınır. Hərəkatın nümayəndələri həm də məktəbləri yandırırlar. Belə durumdan çəkinən Əfqanıstan əhalisi məktəblərə getməkdən imtina edir. Taliblərin hakimiyyəti dövründə Əfqanıstanda qadın təhsili qadağan edilmişdi.

Vardakın sözlərinə görə, ölkədə 511 müsəlman məktəbi fəaliyyət göstərir və orada 106 min şagird islam təhsili alır. "Yeni dərs planı hazırlanıb ki, bu da ibtidai siniflərdə tətbiq olunur", - o, bildirib.

"2008-ci ildə bütün siniflər üçün təxminən 62 milyon dərslik buraxılıb ki, onlardan 39 milyonu 34 əyalətə paylanıb", - Vardak deyib. 

Nazirin sözlərinə görə, Əfqanıstanın Təhsil Nazirliyi hazırda təhsilə çıxışı asanlaşdıran və onun keyfiyyətinin artırılmasına yönəldilmiş beşillik strateji plan hazırlayıb və onu tətbiq edir.

"Bu planın əsas hədəfləri 2010-cu ildə orta məktəblərdə 75 faiz oğlan və 60 faiz qız qeydiyyatdan keçirməkdir. 2010-cu ildə ümumtəhsil məktəblərində oxuyanların sayı 7 milyon 400 min nəfər təşkil etməlidir. Məktəblərin sayı 13380-ə çatdırılmalı, hər bir şagird dərsliklərin tam komplektini almalıdır", - o, bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti