...

İran və Özbəkistan XİN-lərarası məsləhətləşmələr keçiriblər

Siyasət Materials 16 Mart 2009 18:20 (UTC +04:00)

Özbəkistan, Daşkənd, 16 mart / Trend , müxbir T.Jukov /

Özbəkistan Xarici Siyasət İdarəsinin mətbuat xidmətinin verdiyi məlumata əsasən, Tehranda Özbəkistan-İran XİN-lərarası məsləhətləşmələrin növbəti raundu baş tutub. Məsləhətləşmələr xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçirilib.

"Məsləhətləşmələr çərçivəsində ikitərəfli əməkdaşlığın vəziyyəti və perspektivləri, o cümlədən beynəlxalq və regional xarakterli aktual mövzular barədə fikir mübadiləsi aparılıb", - məlumatda deyilir.  

Tərəflər regional təhlükəsizliyin təminatı aspektlərini, Əfqanıstan böhranının həlli, terror, ekstremizm və narkotika alveri ilə mübarizə perspektivlərini, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı əməkdaşlıq perspektivlərini müzakirə ediblər.  

Özbəkistan və İran XİN-lərinin apardığı məsləhətləşmələrdə nəqliyyat-kommunikasiya sahəsindəki əməkdaşlığa xüsusi yer ayrılıb.

Özbəkistan Xarici Siyasət İdarəsinin Mətbuat Xidmətinin məlumatına görə, əsasən, İran ərazisi ilə daşınan Özbəkistan yükləri üçün əlverişli şəraitin yaradılması məsələsi müzakirə obyekti olub. 

Məqalə müəllifi ilə əlaqə üvanı: [email protected]     

Xəbər lenti

Xəbər lenti