...

İranda keçiriləcək prezident seçkilərinə namizədlərin əsas şüarı "dəyişiklik" olacaq - sabiq vitse-prezident

Siyasət Materials 18 Mart 2009 09:01 (UTC +04:00)
İranda keçiriləcək prezident seçkilərinə namizədlərin əsas şüarı "dəyişiklik" olacaq - sabiq vitse-prezident

Azərbaycan, Bakı, 17 mart  / Trend , müxbir D.Xatınoğlu /

Trend -un Fars redaksiyasının İranın sabiq prezidenti Məhəmməd Xatəminin müavini və müşaviri Məhəmmədəli Əbtəhi ilə müsahibəsi.

- İslahatçılar düşərgəsindən olan Məhəmməd Xatəminin İranın iyun ayında keçiriləcək prezident seçkilərində namizədliyini geri götürməsi bu düşərgədə nə kimi dəyişikliklərə səbəb ola bilər?

- Fikrimcə, Xatəminin seçkilərdən kənara çəkilməsi İslahatçılar düşərgəsinin gələcək prezident seçkilərində qələbə qazanma şansını artırmaq məqsədilə edilib. Xatəminin bu addımı "fədakarlıq" baxımından çox böyük bir addımdır. Belə ki, Xatəminin seçkilərdə qələbə qazanmaq şansı çox idi.

Fikrimcə, bundan sonra İslahatçılar düşərgəsi iki namizədi dəstəkləyəcək: Mir Hüseyn Musəvi (sabiq Baş nazir) və Kərrubini (sabiq spiker). Xalq Xatəmiyə inanaraq onu çox dəstəkləyirdi. Xatəminin kənarlaşması ilə İslahatçılar düşərgəsinin bundan sonra seçkilərdə qələbə qazanması çətinləşib, lakin İslahatçıların yenə də səs qazanma şansı mövcuddur. İslahatçılar düşərgəsindən olan iki islahatçı namizəd seçkilərdə aktiv iştirak edəcək və gələcəkdə onlardan biri digərinin lehinə namizədliyini geri götürə bilər.

- Bundan əvvəl hakim Usulgəra (mühafizəkar) koalisiyası Xatəmiyə qarşı qələbə üçün vahid namizəd irəli sürməkdə qərarlı idi.  Xatəminin seçkilərdən kənarlaşması hakim Üsulgəra düşərgəsində bir neçə şəxsin namizədliyinin irəli sürülməsinə səbəb ola bilərmi?

- Xatəminin seçkilərdən kənarlaşması ilə, Üsulgəralar düşərgəsində də vəziyyətin dəyişəcəyi ehtimal olunur. Üsulgəra düşərgəsindən Tehranın meri Məhəmməd Baqir Qalibaf kimi şəxslərin də namizədliyinin irəli sürülməsi gözlənilir. Lakin ümumilikdə Üsulgəraların əsas nümayəndələri Mahmud Əhmədinejadı (hazırkı prezident) dəstəkləyəcəklər.

- Sizin fikrinizcə, İslahatçılar düşərgəsindən seçkilərdə iştirak edəcək namizədlərin əsas platforması nədən ibarət olacaq?

- İslahatçılar düşərgəsindən namizədlərin əsas şüarı ölkənin hazırkı idarəetməsində əsaslı dəyişikliklər aparılması ilə bağlıdır. Məncə də dəyişikliklərlə bağlı şüar namizədlərin əsas hədəfinə çevrilməlidir. Ona görə ki, ictimaiyyətin əksəriyyəti dəyişikliklərin tərəfdarıdır. Təbiidir ki, əgər dəyişikliklər baş verərsə, digər məqsədlər də həyata keçiriləcək.

- Siz dəyişikliklərdən söz açdınız, sizin fikrinizcə, bu dəyişiklikləri İranın xarici siyasətində, xüsusilə də İranın ABŞ-la bağlı mövqeyində gözləmək olarmı?

- Dəyişikliklər dedikdə, mən idarəetmənin bütün sahələrində dəyişiklikləri nəzərədə tuturam, xüsusilə də xarici siyasətdə. Belə ki, xarici siyasətin birbaşa daxili siyasətə və iqtisadi vəziyyətə təsiri var. Ümumilikdə, ölkənin idarə edilməsində dəyişikliklər baş verərsə, bu, hərtərəfli dəyişiklikləri ehtiva edəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti