...

Türkiyə-Ermənistan sərhədinin açılması müzakirə mövzusu deyil – səfir

Siyasət Materials 17 Mart 2009 17:04 (UTC +04:00)
Türkiyə-Ermənistan sərhədinin açılması  müzakirə mövzusu deyil – səfir

Azərbaycan, Bakı, 17 mart / Trend , müxbir E.Rüstəmov /

Türkiyə-Ermənistan sərhədinin açılması müzakirə mövzusu deyil, - Trend -un məlumatına görə, bunu çərşənbə axşamı jurnalistlərə Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç bildirib.

Trend -un arayışı: Ermənistan-Türkiyə əlaqələri 1993-cü ildən kəsilib. Səbəb Ermənistanın beynəlxalq aləmdə qondarma "erməni soyqırımı" iddiaları ilə Türkiyəyə qarşı kampaniya aparması və Azərbaycanın 20 faiz ərazisini işğal etməsi olub. 2008-ci il sentyabrın 6-da futbol üzrə Avropa Çempionatının qrup oyunları çərçivəsində keçirilən Ermənistan-Türkiyə oyununa Ermənistan Prezidenti Serj Sarkisyan Türkiyə Prezidenti Abdullah Gülü Yerevana dəvət edib. Dəvəti qəbul edən Gülün bu səfərindən sonra iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün diplomatik səylər davam etdirilir.

Kılıç deyib ki, hazırda Türkiyə Ermənistan hökumətləri arasında danışıqlar aparılsa da, indidən hər hansı bir qərarın veriləcəyindən danışmaq tezdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti