...

Seçicilərin Azərbaycanda keçirilən referendumla bağlı səsvermədə iştirakı yerli vaxtla səhər saat 10:00 üçün təqribən 15 faiz təşkil edir

Siyasət Materials 18 Mart 2009 11:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 mart / Trend , müxbir C.Babayeva /

Seçicilərin Azərbaycanda keçirilən referendumla bağlı səsvermədə iştirakı yerli vaxtla səhər saat 10:00 üçün təqribən 14,7 faiz (719 400 seçici) təşkil edir. Bu barədə Azərbaycan Mərkəzi Seçki Komissiyası nəzdindəki "Seçkilər" İnformasiya Mərkəzindən məlumat verilib.

Çərşənbə günü Azərbaycanda Konstitusiyanın 29 maddəsinə əlavə və dəyişikliklərin edilməsi məsələsi üzrə referendum keçirilir.

Azərbaycanda referendum üzrə təşviqat qrupları fevralın 18-dən etibarən təbliğat kampaniyasına başlayıb. Referendum üzrə qəbul olunan təqvim cədvəlinə əsasən, kampaniyalar martın 16-sı gecə başa çatdırılıb. Təşviqat qruplarının hər birinə təbliğat kampaniyası üçün 23 min manat vəsait ayrılıb.

Azərbaycan Konstitusiyası 1995-ci ildə qəbul olunub, 2002-ci ildə Əsas qanuna əlavə və dəyişikliklər edilib

Məqalə müəllifi ilə əlaqə ünvanı -   [email protected]

Xəbər lenti

Xəbər lenti