...

Azərbaycanın cənub-qərbində 15:00-a olan məlumata əsasən, seçicilərin yarısı referendum üzrə səsvermədə iştirak edib

Siyasət Materials 18 Mart 2009 16:01 (UTC +04:00)

Azərbaycan, Bərdə, 18 mart / Trend , müxbir Ş.Cəliloğlu /

Azərbaycanın cənub-qərbində seçicilərin yarısı referendum üzrə səsvermədə iştirak edib.

93 saylı Bərdə şəhər seçki dairəsində 15:00-a olan məlumata görə, seçicilərin 47 faizi, yəni 19 465 nəfər səs verib.

94 saylı Bərdə kənd seçki dairəsində seçicilərin 50 faizi, yəni 23 min 482, 118 saylı Ağdam şəhər dairəsində 50 faiz, yəni 23 482 seçici, 119 saylı Ağdam kənd seçki dairəsində seçicilərin 50 faizi, yəni 23 482 seçici səsvermədə iştirak edib.

95 saylı Tərtər seçki dairəsində 19 mindən çox 49 faiz seçici referendumda iştirak edib.

Çərşənbə günü Azərbaycanda Konstitusiyanın 29 maddəsinə əlavə və dəyişikliklərin edilməsi məsələsi üzrə referendum keçirilir.

Referendumda xüsusilə Azərbaycan Konstitusiyasının 101-ci maddəsinin beşinci bəndində yer alan "heç kim iki dəfədən artıq AR-nın prezidenti seçilə bilməz" hazırkı redaktəsinin, müharibə şəraitində aparılan hərbi əməliyyatlar növbəti seçkilərin keçirilməsini mümkünsüz edirsə, fəaliyyətdə olan dövlət başçısının səlahiyyət müddətinin hərbi əməliyyatlar bitənədək artırılmasını nəzərdə tutan redaktə ilə əvəzlənməsi nəzərdə tutulur. Azərbaycan prezidentinin səlahiyyət müddəti beş ildir. Hazırda dövlət başçısı olan İlham Əliyev 2003 və 2008-ci illərdə prezident seçilib.

Ümumilikdə ölkə Konstitusiyasının 29 maddəsinə 41 dəyişiklik edilməsi planlaşdırılır. Burada, o cümlədən hərbi əməliyyatlar aparılan zaman ölkə parlamentinə seçkilərin ertələnməsi, 40 min seçiciyə qanunvericilik təşəbbüsü hüququ verilməsi, şəxsin istəyinə qarşı video və ya audio yazılışların aparılması və onun şəkilinin çəkilməsinə qadağa qoyulması, Azərbaycanın sabiq prezidentlərinin maddi təminatı, eləcə də texniki xarakterli müddəаlar daxildir.

Azərbaycan Konstitusiyası 1995-ci ildə qəbul olunub, 2002-ci ildə Əsas qanuna əlavə və dəyişikliklər edilib

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti