...

Azərbaycanda keçirilən referendum ölkədə demokratiyanın möhkəmləndirilməsi yolunda müsbət addımdır – beynəlxalq müşahidəçilər qrupu

Siyasət Materials 19 Mart 2009 12:38 (UTC +04:00)
Azərbaycanda keçirilən referendum ölkədə demokratiyanın möhkəmləndirilməsi yolunda müsbət addımdır – beynəlxalq müşahidəçilər qrupu

Azərbaycan, Bakı, 19 mart / Trend , müxbir C.Babayeva /

Azərbaycanda keçirilən referendum ölkədə demokratiyanın möhkəmləndirilməsi yolunda müsbət addımdır. Bu barədə altı Avropa ölkəsinin (İspaniya, Belçika, Böyük Britaniya, Fransa, Estoniya, Finlandiya) 20 parlamentarisindən ibarət beynəlxalq müşahidəçilər qrupunun bəyanatında bildirilir.

Referendum sakit şəraitdə və peşəkar şəkildə keçirilib. "Muşahidələrin aparıldığı seçki məntəqələrində ciddi problem aşkarlanmayıb. Bülletenlərin olduqca mürəkkəb tərtib olunması və dolaşıqlıq yaradacağı ilə bağlı narahatlıqlar özünü doğrultmadı", - deyə bəyanatda bildirilir.

Beynəlxalq müşahidəçilər qrupu qeyd edir ki, referendumun nəticələri Azərbaycan xalqının irədəsini əks etdirir. "Seçki məntəqələrində səslərin sayılması prosesi şaffaf keçirildi, əhəmiyyətli problemlər aşkarlanmadı", - deyə bəyanatda bildirilir.

Beynəlxalq müşahidəçilər keçirilən referendumu Azərbaycanın regionda stabil və dinc ölkə kimi mövqeyini möhkəmləndirməsi kimi qiymətləndirirlər.

Çərşənbə günü Azərbaycanda Konstitusiyanın 29 maddəsinə əlavə və dəyişikliklərin edilməsi məsələsi üzrə referendum keçirilib.

Azərbaycan Konstitusiyası 1995-ci ildə qəbul olunub, 2002-ci ildə Əsas qanuna əlavə və dəyişikliklər edilib

Azərbaycan Mərkəzi Seçki Komissiyasının yekun nəticələrinə görə, Azərbaycan Konstitusiyanın 29 maddəsinə bütün əlavə və dəyişiklikləri ölkə seçicilərinin 87-92 faizi dəstəkləyib.

Referendumda xüsusilə Azərbaycan Konstitusiyasının 101-ci maddəsinin beşinci bəndində yer alan "heç kim iki dəfədən artıq AR-nın prezidenti seçilə bilməz" hazırkı redaktəsinin, müharibə şəraitində aparılan hərbi əməliyyatlar növbəti seçkilərin keçirilməsini mümkünsüz edirsə, fəaliyyətdə olan dövlət başçısının səlahiyyət müddətinin hərbi əməliyyatlar bitənədək artırılmasını nəzərdə tutan redaktə ilə əvəzlənməsi nəzərdə tutulur. Azərbaycan prezidentinin səlahiyyət müddəti beş ildir. Hazırda dövlət başçısı olan İlham Əliyev 2003 və 2008-ci illərdə prezident seçilib.

Ümumilikdə ölkə Konstitusiyasının 29 maddəsinə 41 dəyişiklik edilməsi planlaşdırılır. Burada, o cümlədən hərbi əməliyyatlar aparılan zaman ölkə parlamentinə seçkilərin ertələnməsi, 40 min seçiciyə qanunvericilik təşəbbüsü hüququ verilməsi, şəxsin istəyinə qarşı video və ya audio yazılışların aparılması və onun şəkilinin çəkilməsinə qadağa qoyulması, Azərbaycanın sabiq prezidentlərinin maddi təminatı, eləcə də texniki xarakterli müddəalar daxildir.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti