Azərbaycan, Bakı, 20 mart / Trend /
İran Prezidenti Mahmud Əhmədinejad Azərbaycan, Əfqanıstan, Tacikistan, Türkmənistan və Özbəkistan prezidentlərini Novruz bayramı münasibətilə təbrik edib.
Trend -un İran Prezidentinin rəsmi saytına isitnadən verdiyi məlumata görə, Əhmədinejadın təbrik məktubunda Novruz bayramının insanların fərdi, ictimai yaşayışında məhəbbətin, dostluğun və ümidin yenidən canlandırması qeyd edilib.
Təbrikdə İran Prezidenti Novruz bayramının gözəl və təntənəli adətlərinin dünyanın sülhsevər xalqlarına aid olduğunu, bugünkü dünyada nifrət və zülmün yerinə gözəlliyin və ədalətin qələbə çalacağına, əxlaq və mənəviyyatın çiçəklənməsi və gözəlləşməsi ilə dünyanın sülh, dostluq və təhlükəsizliyə doğru addım atacağına ümid etdiyini bildirib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]