...

Azərbaycan Prezidenti Müasir İncəsənət Muzeyinin açılış mərasimində iştirak edib

Siyasət Materials 20 Mart 2009 17:02 (UTC +04:00)

Azərbaycan Prezidenti İlham Əliyev cümə günü Bakıda Müasir İncəsənət Muzeyinin açılış mərasimində iştirak edib. Bu barədə AzərTAc Dövlət İnformasiya Agentliyi məlumat yayıb.

Tədbirdə, həmçinin Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva və YUNESKO-nun baş direktoru Koişiro Matsuura iştirak edib.

Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan muzeydə əsasən avanqard üslubda işləyən Azərbaycanın tanınmış gənc rəssam və heykəltəraşlarının 800-dən çox işi toplanılıb.

Xəbər lenti

Xəbər lenti